Küçə reklamlarının hazırlanması

Küçə reklamı – reklamın ən effektiv növlərindən biridir. Effektivliyin əmsalına görə o kütləvi informasiya vasitələrlərində yayımlanan reklamnan bir sırada durur, və bəzi mövqelərdə hətta onu üstələyir. Müasir şəhəri reklamsız təsəvvür etmək mümkün deyil. Hər gün milyonlarla insan küçələrə çıxır və lövhələri, həcmli hərfləri, ştenderləri, işıq qutularını görür.

Küçə reklamı imicdi. Bu vasitəyə özünü məqsədli auditoriyaya xatırlatmaq üçün məşhur markalar əl atır. Həmçinin ondan müvəffəqiyyətlə istifadə edənlər - müxtəlif şəbəkə şirkətləri, kafe, mağazalar, salonlar, əyləncə və tibb mərkəzləridir ki, onların hədəfi – müştəriləri cəlb etmək. Hər gün Sizin reklamınızı sərnişinlər, sürücülər, yoldan keçənlər görəcəklər. Bizim şirkətimiz hər növ küçə reklamının istehsalını təklif edir.

Bizdə siz küçə reklamının müxtəlif növlərinin istehsalını sifariş edə biləcəksiniz: lövhələr, işıqlı və işıqsız həcmli hərflər, pilonlar, ştenderlər, işıq qutuları. Həmçinin biz satış yerlərinin tərtibatını və P.O.S materiallarının istehsalını öz üzərimizə götürəcəyik.

  • Sərgi stendləri
  • İşıqlı hərflər
  • Ştenderlər
  • Markizalar
  • Dam quraşdırmaları
  • Avtomobillərin brendləşdirməsi
  • Vitrinlərin tərtibatı üçün dekorativ elementlər
  • Reklam lövhələri

İnteryer və eksteryer lövhələri

Lövhə şirkətin simasıdır. O müştərini qarşılayır. O şirkətin imicini və statusunu əks etdirir. Faktiki olaraq, lövhə – bayır reklamının müxtəlif elementlərini özündə cəmləşdirən anlayışdır. Biz müxtəlif materiallardan və Sizin hədəflərinizdən asılı olaraq müxtəlif texnologiyalarla hazırlanmış lövhələrin böyük spektrinin istehsalını təklif edirik.

İşıqlı qutular

Bu qutular həcmli konstruksiyalardır, hansıların ki içərisində müxtəlif növ işıq olur. Qutu üz tərəfinə təsvir (şəkil) vurulur və o, daxili işığın hesabına diqqəti özünə cəlb edir, xüsusilə günün qaranlıq vaxtında. Bir qayda olaraq, reklamın bu növünə girişlərdə, vitrinlərdə, həmçinin damlarda və binaların fasadlarında tez-tez rast gəlmək olur. (Ətraflı...)

Pilonların hazırlanması

Pilonlar – işıq qutularının növlərindən biridir. Stasionar metal konstruksiyada bərkidilmiş işıqlandırılmış qutunun daxilində bir və ya bir neçə reklam plakatı yerləşdirir. Reklamın belə növünün üstünlüyü – konstruksiyanın uzun ömürlüyü və reklam informasiyasının əvəzetməsinin sadəliyi.

İşıqlı hərflər

Bir qayda olaraq, onların köməyiylə binanın fasadında şirkətin və ya markanın adını qeyd etmək olur. Onlardan həm sərbəst reklam daşıyıcısı kimi həm də bayır reklamının başqa növləriylə uyğunluqda istifadə edirlər.

Ayrılıqda plastikdən və metaldan hazırlanmış həcmli hərfləri qeyd etmək olar. Ayrı hərflərin istehsalat texnikası tərtibatına görə unikal küçə reklamının obyektlərini hazırlamağa şərait yaradır. Penoplastdan hərflər – maraqlı və yadda qalan lövhəni hazırlamaq üçün ucuz bir variantdır. Amma metal hərflər – şirkətin ciddiliyini bildirən statuslu imic reklamıdır.

Ştenderlərin hazırlanması

Ştenderlər — ölçüsünə görə kiçik, metal çərçivədə bərkidilmiş iki lövhədən ibarət konstruksiyadır. Bu kifayət qədər ucuz, amma effektiv küçə reklamı növüdür ki, onun vasitəsilə potensial alıcılara onlara ən yaxın şirkət ofisi, və ya şəbəkə mağazasının harada yerləşdiyini məlumat vermək olar. Bu növün ən böyük üstünlüyü onun portativliyi və ən "gəzilən" yerlərdə yerləşdirilməsinin mümkünlüyüdür.

Küçə reklamının hazırlanmasını necə sifariş etmək olar

Bu yalnız bizim şirkətimiz tərəfindən təklif edilən küçə reklamının istehsalı üzrə xidmətlərin bir hissəsidir.

Bizə zəng vurun, və bizim menecerimiz küçə reklamının istehsalı üzrə Sizi maraqlandıran bütün suallarınıza cavab verəcək. Bizim ofisimiz Bakı şəhəri, Binəqədi yolu, Azpetrol YDM-nin yanında yerləşir. Reklamın dəyəri seçilmiş formatdan və materiallardan asılı olacaq. Reklamların qiymətlərini Sizin "cibinizə" uyğunlaşdırmaq bizim də marağımızdadır.